Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb

Posted by

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb

 

 

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bəyanat yayıb

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) işğal altındakı Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan “məhkəmə prosesi” və onların barələrində çıxarılan “hökm”lə bağlı etiraz bəyanatı yayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, bəyanat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına və ATƏT-in Ukrayna nümayəndəliyinə, həmçinin ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrin Kiyevdəki səfirliklərinə göndərilib.

 

Bəyanatda Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında olan bu insanların guya sərhədləri pozmaqda ittiham edilərək heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesinə cəlb edildiyi bildirilir. Qeyd edilir ki, D.Əsgərov və Ş.Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir. Onlar doğulub böyüdükləri torpaqlarda yaxınlarının məzarlarını ziyarət etməyə getmişdilər və heç bir gizli planları, təxribatçı niyyətləri olmayıb.

 

Bəyanatda daha sonra deyilir ki, doğulduqları torpaqların həsrəti ilə işğal altında olan ərazilərə keçərkən girov götürülən Həsən Həsənovun işgəncələrlə öldürülməsi, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi beynəlxalq normalara və insan haqlarının qorunması prinsiplərinə ziddir.

 

BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının boşaldılmasını nəzərdə tutan 822-ci qətnaməsini xatırladan bəyanat müəllifləri yazırlar ki, həmin sənəddə Kəlbəcər rayonunun Azərbaycan ərazisi olması təsdiqlənir.

 

Bəyanatda diqqətə çatdırılır ki, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar regionda, xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən BMT-nin ciddi narahatlığı ifadə edilir. “İşğaldan 20 ildən artıq müddət keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə digər üç qətnaməsinə məhəl qoymamaqda davam edir, Ermənistan silahlı qüvvələrinin hələ də Azərbaycan, o cümlədən Kəlbəcər ərazisində olması isə qanunsuz işğalın davam etdiyini təsdiqləyir”, – deyə bəyanatda vurğulanır.

 

Bəyanatın sonunda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu beynəlxalq təşkilatları vicdanlarına söykənərək məsələyə hüquqi norma və prinsiplər çərçivəsində yanaşmağa çağırır.

 

AzərTac.az