Ucar və Zərdab rayonları səyyar “ASAN Xidmət”dən istifadə edəcəklər

Posted by

Ucar və Zərdab rayonları səyyar “ASAN Xidmət”dən istifadə edəcəklər

Ucar və Zərdab rayonları səyyar “ASAN Xidmət”dən istifadə edəcəklərUcar və Zərdab rayonları səyyar “ASAN Xidmət”dən istifadə edəcəklər

Ucar və Zərdab rayonlarının ümumi sayı 145 000-dən çox olan sakini səyyar “ASAN Xidmət”dən Ucar rayonunda yararlana biləcəklər. “ASAN xidmət”-dən Trend-ə daxil olan məlumata görə, noyabrın 6-dək davam edəcək səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.

Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində 17 məntəqədə 30 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ , Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda Cəlilabad və Biləsuvar, İmişli rayonunda İmişli, Şəki şəhərində isə Şəki və Oğuz rayonlarının sakinlərinə Səyyar ” ASAN Xidmət” göstərilib.