Uşaq hüquqlarının müdafiəsi ilə bağlı təlimlər

Posted by

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı təlimlərUşaq hüquqlarının müdafiəsi ilə bağlı təlimlər

Uşaq hüquqlarının müdafiəsi ilə bağlı təlimlər

Avropa Komissiyasının dəstəyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili tərəfindən imzalanmış birgə iş planına əsasən, Cəlilabad, Gəncə, Şəki və Qubada “Yuvenal ədliyyə aspektində uşaq hüquqlarının müdafiəsi: beynəlxalq və milli standartlar” mövzusunda təlimlər keçirilib.

Ombudsman Aparatından AzərTAc-a bildiriblər ki, təlimlərdə ümumilikdə 86 nəfər, o cümlədən prokurorluq orqanlarının 24, polis orqanlarının 50, habelə Ombudsmanın regional mərkəzlərinin 12 əməkdaşı iştirak edib. Təlimlər uşaq hüquqları üzrə ekspert və Ombudsmanın əməkdaşları tərəfindən aparılıb.

Təlimlərlə yanaşı, Daxili İşlər Nazirliyinin 20 rayon polis şöbəsi üzrə müvəqqəti saxlama yerlərinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, 2 saylı İstintaq Təcridxanasına, Şəki Penitensiar Kompleksinə, Uşaq Tərbiyə Müəssisəsinə, Təhsil Nazirliyinin Quba Xüsusi Peşə Məktəbinə, Quba şəhər valideyn himayəsindən məhrum olmuş uşaqların internat evinə, Lənkəran və Lerik şəhərlərində yerləşən internat məktəblərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əqli qüsurlu uşaqlar üçün 3 və 7 nömrəli internat evlərinə, Bakı Şəhər İcra hakimiyyətinin 1, 2, 3 nömrəli uşaq evlərinə və Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olan uşaq evinə baxış keçirilib, orada saxlanılan uşaqlarla bağlı vəziyyət qiymətləndirilib.

Ombudsman başçəkmələrin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

 

AzərTac.az