“Uşaq hüquqları: öyrənək və öyrədək!” mövzusunda təlim keçirilib

Posted by

“Uşaq hüquqları: öyrənək və öyrədək!” mövzusunda təlim keçirilib

“Uşaq hüquqları: öyrənək və öyrədək!” mövzusunda təlim keçirilib

“Uşaq hüquqları: öyrənək və öyrədək!” mövzusunda təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların müstəqil özünü ifadə etmək bacarıqlarının, cəmiyyətdə öz hüquq və maraqlarının müdafiəsi ilə bağlı proseslərdə aktiv iştirakının təmin edilməsi, həmçinin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlərin təşkilinə xüsusi diqqət yetirir.

 

Komitədən AZƏRTAC-a bildiriblər ki, ilk təlim fevralın 3-də 132-134 saylı Təhsil Kompleksində Səbail rayonunda yerləşən məktəbləri təmsil edən 45 uşaq üçün keçirilib.

 

Təlimdə uşaq hüquqları barədə məlumat verilib, mövzu ilə bağlı uşaqlarla aktiv müzakirələr aparılıb, uşaq məsələlərini əhatə edən müxtəlif sosial çarxlar nümayiş edilib.

 

Keçirilən tədbirlər uşaqların ictimai fəallığının artırılmasında, liderlik keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə fəaliyyətin davamı olaraq Bakı şəhərinin hər bir rayonu üzrə uşaqların öz hüquqları ilə bağlı məlumatlılığının, fəallığının artırılması məqsədilə təlimlərin keçirilməsi nəzərdə tutulub.

 

AZƏRTAC