Uşaq Hüquqları Konvensiyasının implementasiyası istiqamətində görülən işlərdən danışılıb

Posted by

Uşaq Hüquqları Konvensiyasının implementasiyası istiqamətində görülən işlərdən danışılıb

Uşaq Hüquqları Konvensiyasının implementasiyası istiqamətində görülən işlərdən danışılıb

 

 

Uşaq Hüquqları Konvensiyasının implementasiyası istiqamətində görülən işlərdən danışılıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal (UDİ) mexanizmi çərçivəsində Azərbaycanın II məruzəsinə dair tövsiyələrin klasterlər üzrə müzakirəsinə həsr edilən növbəti “dəyirmi masa” keçirilib.

 

Aparatın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ombudsman Elmira Süleymanova Uşaq Hüquqları Konvensiyasının implementasiyası istiqamətində ölkəmizdə keçirilən tədbirlərdən danışıb. O, bu günlərdə Bakıda keçirilmiş Uşaqların III Ümumrespublika Forumunun böyük önəm kəsb etdiyini, uşaqların öz təkliflərini müvafiq dövlət qurumlarına ünvanladıqlarını diqqətə çatdırıb. Ombudsmanın təşəbbüsü ilə keçirilmiş “Uşaq hüquqları” aylığının uğurla başa çatdığı, bu aylıq çərçivəsində ölkənin bütün şəhər və rayonlarında müxtəlif tədbirlərin təşkil olunduğu, aidiyyəti dövlət qurumlarının irəli sürdüyü təkliflərin təhlil edildiyi, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə dair mülahizələrə üstünlük verildiyi diqqətə çatdırılıb. Azərbaycanın İnsan Hüquqları Şurasına üzv olduqdan sonra üzərinə öhdəliklər götürdüyü, insan hüquqlarının müdafiəsi və təmini üzrə görülmüş işlərə dair ilk dövlət hesabatının Şuraya təqdim olunduğu qeyd edilib. Bundan əlavə, Ombudsmanın 2011-ci ildə aralıq hesabatının hazırlanaraq Şuraya təqdim edildiyi, Universal Dövri İcmal mexanizminin ölkə üzrə verilmiş 162 tövsiyəsindən 26-nın gender bərabərliyinə, 23-nün isə uşaq hüquqlarına aid olduğu bildirilib.

 

Ombudsman Aparatının şöbə müdiri, müvəkkilin Universal Dövri İcmal üzrə ixtisaslaşmış müşaviri, Prezidentin müvafiq Sərəncamı ilə UDİ üzrə yaradılmış işçi qrupunun üzvü Zaur Əliyev Azərbaycan hökumətinin İcmal üzrə 2-ci hesabatına dair tövsiyələrin icrasının vəziyyəti barədə məlumat verib.

 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə nümayəndəsi Vladimir Şkolnikov Ombudsman təsisatının Uşaq Hüquqları Konvensiyasının müddəalarının implementasiyası istiqamətində maarifləndirmə tədbirləri həyata keçirdiyini söyləyib. O, təsisatının Komissarlığın nəzdində fəaliyyət göstərən İnsan Hüquqları Şurasının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən “A” statusu ilə akkreditasiya olunmasını yüksək qiymətləndirib.

 

“Dəyirmi masa”da UDİ üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

 

AzərTac.az