TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin iclası işini davam etdirir

Posted by

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin iclası işini davam etdirir

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin iclası işini davam etdirir

 

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin iclası işini davam etdirir

Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclası dekabrın 19-da işini davam etdirir.

 

AzərTAc xəbər verir ki, iclasın ikinci günü qeyri-maddi mədəni, mədəni və təbii, təhsil, “Dünya yaddaşı” üzrə seminarlar keçirilib.

 

“Türkdilli ölkələrin qeyri-maddi mədəni irs elementləri reyestrinin yenilənməsi və yaxın perspektivdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi” mövzusuna həsr edilən seminarda Qırğızıstan nümayəndəsi bu ölkənin milli çörəyi – “Halama”nın hazırlanması texnologiyasından danışıb və onun gələcəkdə UNESCO-nun Dünya İrs Siyahısına salınmasının əhəmiyyətini vurğulayıb.

 

Çıxışçılarda lavaşın Azərbaycan xalqına məxsus olması bir daha tarixi faktlarla diqqətə çatdırılıb.

 

“Türkdilli ölkələrin mədəni və təbii irs obyektlərinin reyestrinin yaradılması və yaxın perspektivdə UNESCO-nun Dünya İrs Siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi” mövzusundakı seminarda isə türkdilli ölkələrin milli parklarının, meşələrinin, mağaralarının qorunmasından və turizm üçün əhəmiyyətindən söhbət açılıb.

 

Çıxışlarda türkdilli ölkələrin milli muzeylərində qorunub saxlanan ortaq qədim əşyaların bir araya gətirilərək, sərgilənməsinin vacibliyi vurğulanıb.

 

Digər seminar “UNESCO-nun Assosiativ məktəbləri, UNESCO klubları və kafedraları proqramları çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi” mövzusuna həsr edilib. Seminarda milli təhsil sistemində ortaq dəyərlərin qorunması və təbliğinə həsr edilən dərslərin keçirilməsinin vacibliyi bildirilib.

 

“Türkdilli dövlətlərin sənədli irs obyektlərinin reyestrinin yaradılması və yaxın perspektivdə UNESCO-nun “Dünya yaddaşı” Dünya Sənədli İrs Siyahısına təqdim ediləcək birgə çoxmilli nominasiyaların müəyyənləşdirilməsi”nə həsr edilən seminarda isə türkdilli ölkələrin milli irs nümunələrinin UNESCO-nun Maddi və Qeyri-Maddi İrs Siyahısına salınmasının önəmi diqqətə çatdırılıb.

 

Xatırladaq ki, bu il ölkəmizdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illiyi qeyd edilir. TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin 5-ci iclası da Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 20 illik yubileyinə həsr olunub. İclasın keçirilməsində məqsəd türkdilli ölkələrin UNESCO-da əməkdaşlıq imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, birgə nominasiyaların UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi kimi əhəmiyyətli məsələlərin müzakirəsi və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsidir.

 

AzərTac.az