Türkmənistanda “Dünya diplomatiyası: əməkdaşlıq və inkişaf ” adlı konfrans-sərgidə Azərbaycanla bağlı stend maraq doğurmuşdur

Posted by

Türkmənistanda diplomatların peşə bayramının təsis edilməsinin növbəti ildönümünə həsr olunmuş “Dünya diplomatiyası: əməkdaşlıq və inkişaf ” adlı konfrans-sərgi keçirilmişdir.

Türkmənistan Xarici İşlər Nazirliyinin təşkil etdiyi konfransda bu ölkədə akkreditə olunmuş səfirliklər təmsil etdikləri ölkənin xalq tətbiqi incəsənətinə dair xüsusi dəyərlərini əks etdirən stend hazırlamışlar.

Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadənin və səfirliyin əməkdaşlarının iştirak etdikləri sərgidə xalqımızın tarixi, mədəniyyəti, qədim musiqi alətlərimiz, Azərbaycan xalçaları, mədəni irsimizdən bəhs edən kitablar və broşürlər nümayiş etdirilmişdir.

Qeyd edək ki, Türkmənistanda 2009-cu ildən hər il fevralın 18-i diplomatiya işçilərinin bayramı kimi qeyd olunur.

AzərTAc.az