Türkiyənin Əskişəhər valisinin Gəncəyə səfəri

Posted by

Türkiyənin Əskişəhər valisinin Gəncəyə səfəri Türkiyənin Əskişəhər valisinin Gəncəyə səfəri

Türkiyənin Əskişəhər valisinin Gəncəyə səfəri

Bu gün Türkiyənin Əskişəhər vilayətinin valisi Güngör Azim Tunanın başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlib. Şəhər İcra Hakimiyyətində bu məqsədlə görüş keçirilib.

Görüşdə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev türkiyəli qonaqları salamlayıb və onları Gəncədə görməkdən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu “İki millət, bir dövlət” – Türkiyə-Azərbaycan münasibətlərinin uzun illik tarixi var və bu dostluq əlaqələri bu gün də genişlənməkdədir.

2013-cü ildə Əskişəhərlə Gəncə arasında “Qardaşlaşmış şəhərlər protokolu” imzalanıb. İqtisadiyyat, sənaye, təhsil, mədəniyyət sahəsində hər iki ölkə arasında sıx əlaqələr yaranıb və bu əlaqələr gündən-günə möhkəmlənir, ölkələrimizə uğur və böyük fayda gətirir.

Vali G.A.Tuna Əskişəhər şəhərinin 2013-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçildiyini, tarixi abidələrlə zəngin olduğunu, güclü sənaye potensialına malik olduğunu və aqrar sahənin sürətlə inkişaf etdiyini vurğulayıb. Şeyx Nizami yurdu qədim Gəncə ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib.

Vali Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyevi Əskişəhərdə keçiriləcək beynəlxalq simpoziuma dəvət edib.

Görüşdə iştirak edən Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq hər iki ölkə arasında dostluq münasibətlərinin genişlənməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.

E.Vəliyev Əskişəhər valisi G.A.Tunaya Məhsəti Gəncəvinin portreti həkk olunmuş xalça və qiymətli hədiyyələr təqdim edib.

Görüşdən sonra türkiyəli qonaqlar şəhəri gəziblər.

 

Trend.az