Türkiyənin hakim partiyası Ermənistan helikopterinin vurulmasına reaksiya verib

Posted by

Türkiyənin hakim partiyası Ermənistan helikopterinin vurulmasına reaksiya veribTürkiyənin hakim partiyası Ermənistan helikopterinin vurulmasına reaksiya verib

Türkiyənin hakim partiyası Ermənistan helikopterinin vurulmasına reaksiya verib

“Türkiyənin Azərbaycana qarşı mövqeyində dəyişiklik olmayıb, bundan sonra da hər hansı bir dəyişiklik olmayacaq”. Bu barədə bazar ertəsi Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarəetmə Şurasının üzvü Yasin Aktay cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin təxribatının Türkiyənin rəsmiləri tərəfindən kifayət qədər qiymət verilməməsini şərh edərkən deyib.

 

Y.Aktay qeyd edib ki, Ermənistan helikopterinin Azərbaycan ərazisində vurulması Türkiyə mediasında geniş işıqlandırılmasa da, xəbərə fərqli münasibət iki dövlət arasında əlaqələrə əsla xələl gətirə bilməz.

 

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

 

Xatırladaq ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, şübhəsiz, Türkiyə dost, qardaş, tərəfdaş dövlətdir: “Sadəcə olaraq, əlbəttə, biz gözləyirik ki, Türkiyə tərəfi də cəbhə xəttində baş verən son hadisələrlə bağlı rəsmi mövqeyini bildirsin. Bunu gözləməyə bizim haqqımız da var”.

 

Trend.az