Türkiyənin Baş naziri Əhməd Davudoğlu Azərbaycana rəsmi səfərə gəlib
Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Əhməd Davudoğlunu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Trend/az