Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib

Posted by

Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edibTürkiyənin Azərbaycandakı səfirliyi Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib

Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib

Türkiyə Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıdakı Şəhidlər Xiyabanına ziyarət təşkil olunub.

 

APA-nın məlumatına görə, ziyarət zaman 1918-ci il 15 sentyabr döyüşləri zamanı şəhid olmuş türk əsgərlərin xatirə abidəsinin və Əbədi Məşəlin qarşısına əklillər qoyulub, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib.

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun jurnalistlərə bildirib ki, 1923-cü ilin 29 oktyabr tarixində müstəqilliyini qazanan və cümhuriyyət elan Türkiyə xalqı öz tarixinin yeni mərhələsinə qürurla qədəm qoyub: “Torpaqları işğal olunmuş, bütün dövlət strukturları sarsılmış, iqtisadiyyatı dağılmış bir ölkə xalqın mübariz ruhu nəticəsində öz müstəqilliyini qorudu və bütün dünyaya qəbul etdirdi. Azərbaycandan da Türkiyənin istiqlal savaşında iştirak edənlər olub. Türkiyə Cümhuriyyəti bu gün fərdlərin bərabər azadlıqlara, hüquqlara sahib olduğu bir dövlətdir. Bu gün ölkəmizdə ÜDM 850 milyard dollara çatıb, sənayenin bütün sahələrində inkişaf gedir, ölkəmiz müasir və davamlı inkişaf edən bir iqtisadiyyata sahibdir. Qardaş ölkə Azərbaycanla birlikdə gələcəyə böyük ümidlər bəsləyirik”.

 

Ziyarətdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı səfirliyi, Türkiyə və Kiprdən gələn bir sıra ictimai xadimlər və iş adamları da iştirak ediblər.

 

Apa.az