Türkiyədə “İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi” adlı konfrans keçirilib

Posted by

Türkiyədə “İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi” adlı konfrans keçirilib

Türkiyədə “İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi” adlı konfrans keçirilib

Türkiyədə “İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi” adlı konfrans keçirilib

2014-cü ilin 11-12 mart tarixlərində Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan Hacettepe Universitetində “İpək yolu üstündəki türk dövlətlərinin iqtisadi əməkdaşlıq zirvəsi” adlı konfrans keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, Hacettepe Universiteti nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Cəmiyyəti tərəfindən təşkil edilmiş tədbirdə sözügedən universitetin professor və tələbə heyəti, Ankarada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, elm adamları və ekspertlər iştirak ediblər.

Tədbirin keçirlməsində məqsəd İpək yolunun tarixi inkişafı və bu inkişafın türk xalqlarına təsiri, İpək yolunun yenidən inşası və xüsusilə də əmtəə və enerji ticarətinin canlandırılması, İpək yolu üstündəki türk dövlətlərində sülh və tərəqqi mövzuları üzrə fikir mübadiləsinin aparılması olub.

Tədbir zamanı hər bir türk dövləti ilə bağlı, o cümlədən Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası sessiyaları təşkil edilib və hər sessiyada bir nəfərinin müvafiq ölkənin səfirlik nümayəndəsi olmaqla üç natiq çıxışlar edib və auditoriyanın suallarını cavablandırıblar.

Sözügedən tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin diplomatı Vasif Əliyev Azərbaycan sessiyasında çıxış edib. Səfirlik nümayəndəsinin çıxışı zamanı Azərbaycanın qədim İpək yolunun ayrılmaz hissəsi olduğu və ölkəmizin tarixən İpək yolundan faydalanmaqla yanaşı, bu ticarət yolunun inkişafına öz töhfələrini verdiyi qeyd olunub.

Daha sonra müasir İpək yolunun inşasında Azərbaycanın fəal iştirakı qeyd olunub və bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə enerji, nəqliyyat və kommunikasiya sahələri üzrə bir sıra transmilli layihələrin uğurla həyata keçirilməsi vurğulanıb.

Azərbaycan sessiyasında daha sonra Hacettepe Universitetində təhsil alan iki tələbəmiz çıxış edərək, müvafiq olaraq İpək yolunun tarixi inkişafı və müasir İpək yolunun inşasında Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat veribər.

 

Trend.az