Türkiyədə bələdiyyə seçkilərində səslərin böyük əksəriyyəti hesablanıb, AKP qalib gəlib

Posted by

Türkiyədə bələdiyyə seçkilərində səslər hesablanır.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumatına görə, səslərin artıq 80,22 faizi hesablanıb. 46,24 faiz səslə Ədalət və İnkişaf Partiyası qalib gəlir, onun ardınca 27,34 faiz səslə Cümhuriyyət Xalq Partiyası qərarlaşıb. MHP 14,94 faiz səslə üçüncüdür.

Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkilərinə start verilib. Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edib.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq.

Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.

Trend.az