Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət imkanları araşdırılır

Posted by

Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət imkanları araşdırılır

Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət imkanları araşdırılır

 

 

Türkiyə və Azərbaycan mediasının birgə fəaliyyət imkanları araşdırılır

Dekabrın 11-də Beynəlxalq Mətbuat Mərkəzində Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramı çərçivəsində “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans işə başlayıb.

 

AzərTAc xəbər verir ki, konfrans Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Türkiyənin ölkəmizdəki səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, TRT-nin və Anadolu Agentliyinin Bakıdakı nümayəndəliklərinin təşkilatçılığı ilə keçirilir.

 

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir dövrdə onlayn medianın önəmindən danışaraq, konfransda ənənəvi mediadan onlayn mediaya keçid zamanı qarşıya çıxa biləcək problemlərin, onların həlli yollarının və birgə fəaliyyət məsələlərinin araşdırılacağını bildirdi. Diqqətə çatdırıldı ki, konfrans Türkiyə və Azərbaycanın, eləcə də türkdilli ölkələrin və xalqların media qurumları arasında əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır.

 

Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz dedi ki, media əlaqələrinin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması çox önəmlidir. Səfirlik yalnız media sahəsində deyil, digər sahələrdə də əlaqələrin genişləndirilməsini davam etdirəcək. Belə konfransların keçirilməsi əməkdaşlığın möhkəmlənməsinə töhfəsini verəcək.

 

Tədbirdə Azərbaycanın rəsmi şəxsləri, aparıcı KİV-lərin rəhbərləri və media üzrə ekspertlər iştirak edirlər.

 

AzərTac.az