Türkiyə mətbuatı: Manisa faciəsi Azərbaycanda da Türkiyədəki qədər dərin hüznlə yaşanır

Posted by

Türkiyə mətbuatı yazır ki, Manisa faciəsi ilə əlaqədar ölkənin dərdinə ilk şərik olan Prezident İlham Əliyevin başsağlığının ardınca Azərbaycan xalqının bütün təbəqələrindən olan insanlar qardaş hüznünə şərik olmaqda davam edirlər. Bakıda, Gəncə və Naxçıvanda rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, sıravi vətəndaşlar böyük hüznlə Türkiyənin diplomatik nümayəndəliklərinə gələrək həlak olanların xatirəsinə ehtiramlarını bildirirlər.

Qeyd edilir ki, Manisa faciəsi Azərbaycan mətbuatının da əsas mövzusuna çevrilmişdir. Ölkənin KİV-lərində baş verənlərlə bağlı üzüntülü yazıların ardı-arası kəsilmir.

Qəza baş verən ərazidə isə xilasetmə işləri davam etdirilir. Televiziya kanalları əhaliyə vaxtaşırı görülən işlərin nəticəsi barədə məlumat verməkdədir. Rəsmi məlumatlara görə, həlak olanların sayının 300 nəfəri ötəcəyi istisna deyildir. Torpağa tapşırılanların dəfn mərasimləri ölkə rəhbərliyi və siyasi partiya liderləri, nüfuzlu şəxslər tərəfindən ziyarət olunmaqdadır.

AzərTac.az