Türkiyə İşıklar Hərbi Liseyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Posted by

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq planına uyğun olaraq Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində qonaqlar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olmuşlar.

Türkiyə nümayəndə heyəti hərbi liseyin komandanlığı ilə görüşmüş, məktəbin ərazisi, tədris korpusları, inzibati və yardımçı binalarla, liseyin muzeyi ilə tanış olmuş, kursantlarla birlikdə nahar etmişlər.

Səfər mayın 23-də başa çatacaqdır.

AzərTac.az