Türkiyə şirkətinin istehsalı olan tank əleyhinə idarə olunan raket komplekslərinin Azərbaycanda test atışları keçirilib

Posted by

Raket hədəfləri yüksək dəqiqliklə məhv edib

Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal olunmuş «Mizraq-U» və «Mizraq-O» tank əleyhinə idarə olunan raket komplekslərinin Azərbaycanda test atışları keçirilib.

APA-nın Türkiyənin «Kokpit.aero» saytına istinadən verdiyi məlumata görə, test atışları Azərbaycan Silahlı Qüvvələrinin «Cobra» zirehli avtomobillərinin üzərinə inteqrasiya olunmuş buraxıcılardan və yerüstü buraxıcı qurğulardan həyata keçirilib. Atışlarda hər iki raket hədəfləri yüksək dəqiqliklə məhv edib.

Qeyd edək ki, Türkiyənin Uzaq Mənzilli Tank Əleyhinə Raket layihəsi çərçivəsində istehsal edilən raket «Mizraq-U», Orta Mənzilli Tank Əleyhinə Raket layihəsi çərçivəsində istehsal edilən raket isə «Mizraq-O» adlanır.

Apa.az