Türkiyə şirkəti Azərbaycanla hərbi tərsanə qurulması və hərbi gəmilərin inşası məsələlərini müzakirə edir

Posted by

Türkiyənin STM şirkəti Azərbaycan və Qazaxıstanla hərbi tərsanə qurulması və hərbi gəmilərin inşası üzrə görüşmələrə başlayıb.

Bu barədə APA-ya STM şirkətinin dəniz layihələri direktoru, ehtiyatda olan kontr-admiral Savaş Onur məlumat verib.

S. Onurun sözlərinə görə, bu il mayın 23-də KADEX-2014 sərgisində STM və Qazaxıstanın «Kazakhstan Engineering» Milli Şirkəti arasında Xəzər dənizi sahilində hərbi tərsanənin qurulmasına dəstək məqsədi ilə niyyət protokolu imzalanıb.

«Ötən ilin sonlarında keçirilmiş Yüksək Səviyyəli Hərbi Dialoq iclasında Azərbaycan Müdafiə Nazirliyi hərbi tərsanənin qurulması və gəmi inşası ilə bağlı Türkiyə Müdafiə Sənayesi Katibliyinə müraciət edib. Katibliyin tövsiyəsi ilə biz bu istiqamətdə işlərə başladıq. Bir dəfə Bakıda görüşlərimiz oldu. Yaxın vaxtlarda daha bir görüş keçirməyi düşünürük», – deyə şirkət nümayəndəsi bildirib.

STM rəsmisi təmsil etdiyi şirkətin Türkiyə və Pakistanda dəniz sənayesində bir sıra layihələrdə iştirak etdiyini deyib. Onun sözlərinə görə, STM Türkiyənin «Milgem» milli korvet layihəsində, «Ay» sinifli dənizaltı gəmilərin modernləşdirilməsində, həmçinin Pakistan HDQ-nin Təchizat Gəmisi layihəsində iştirak edir.

Şirkət hərbi dəniz sənayesində öz təcrübəsini Azərbaycanla paylaşmağa hazırdır.

«Azərbaycan və Qazaxıstan daha çox «Milgem» korveti ilə maraqlanır. Bu korvet öz sinfində ən müasir döyüş gəmisi saylı bilər, eyni zamanda Xəzər dənizinə uyğundur», – deyə S. Onur bildirib.

Apa.az