Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib

Posted by

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib

 

 

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 15-də Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclası keçirilib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib ƏRDOĞAN dedi:

 

– Möhtərəm Prezident, hörmətli qardaşım İlham Əliyev.

 

Nümayəndə heyətinin hörmətli üzvləri.

 

Ankaramıza “Xoş gəldiniz” deyir, sizi ikinci Vətəniniz olan Türkiyədə qonaq qəbul etməkdən duyduğum məmnunluğu xüsusi ifadə etmək istəyirəm.

 

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasına dəyərli qardaşım cənab İlham Əliyevlə birlikdə sədrlik etməkdən böyük məmnunluq duyuram. Bu gün apardığımız və aparacağımız müzakirələrin, dəyərləndirmələrin ölkələrimiz üçün xeyirli olmasını Rəbbimdən arzu edirəm.

 

Əziz qardaşım, bir az əvvəl təkbətək görüş keçirdik. İkitərəfli əlaqələrimizi ətraflı dəyərləndirmək imkanı əldə etdik. Bu əsnada nümayəndə heyətlərimizin üzvləri də həmkarları ilə görüşlər keçirdilər. Hörmətli nazirlərimiz bu görüşlərin nəticələrini bir az sonra Şuraya təqdim edəcəklər.

 

 

 

X X X

 

 

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

 

– Bu, mənim bu il həyata keçirdiyim ilk rəsmi səfərdir. Bu da təbiidir. Bu səfər Türkiyəyə edilir. Bu, gözəl bir ənənədir, həm seçkilərdən sonra, eyni zamanda, hər ilin əvvəlində biz bir-birimizi salamlayırıq, görüşürük, çünki qarşıda duran vəzifələr çox önəmlidir. Biz bu vəzifələri uğurla icra etməliyik. Siz qeyd etdiyiniz kimi, son illər ərzində Türkiyə-Azərbaycan əlaqələri – dostluq, qardaşlıq əsasında qurulan əlaqələr strateji əməkdaşlıq səviyyəsinə qalxmışdır.

 

Bütün görülən işlər onu göstərir ki, birgə siyasi iradə olan yerdə böyük layihələri icra etmək mümkündür. İlk növbədə, mən “G-20”də Azərbaycanı görmək arzunuzu xüsusilə qeyd etmək istəyirəm. Bu, bizim üçün böyük şərəfdir ki, Siz məhz Azərbaycanı dəvət etmisiniz. Bu, bir daha Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrini təsdiqləyir. Çünki bu addım əslində tarixə, bizim birliyimizə söykənir və eyni zamanda, bütün dünyaya Türkiyə və Azərbaycanın nə qədər bir-birinə bağlı olduqlarını göstərir.

 

Bu dəvətə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

 

 

 

X X X

 

 

 

İclasda Azərbaycan ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olundu. İkitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

AzərTac.az