Üçtərəfli sosial dialoqun formalaşmasında həmkarlar ittifaqlarının rolu müzakirə edilib

Posted by

Üçtərəfli sosial dialoqun formalaşmasında həmkarlar ittifaqlarının rolu müzakirə edilib

Üçtərəfli sosial dialoqun formalaşmasında həmkarlar ittifaqlarının rolu müzakirə edilib

Üçtərəfli sosial dialoqun formalaşmasında həmkarlar ittifaqlarının rolu müzakirə edilib

Noyabrın 10-da Bakıda “Üçtərəfli sosial dialoqun formalaşmasında və üçtərəfli komissiyanın yaradılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar keçirilib. AzərTAc xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev seminarda çıxış edərək ölkəmizdə sosial münasibətlər sisteminin formalaşması tarixindən danışıb. O, AHİK-in dövlət orqanları ilə işəgötürənlər arasında dialoq yaratdığını, sosial-əmək münasibətlərini tənzimlədiyini, əmək şəraitinin yaxşılaşdırılması, zəhmətkeşlərin mənafelərinin müdafiəsi ilə bağlı uzun illərdir ki, fəal iş apardığını diqqətə çatdırıb. S.Mehbalıyev AHİK-in Beynəlxalq Əmək Təşkilatı ilə əlaqələrindən bəhs edib, üçtərəfli komissiyanın yaradılmasının bu əməkdaşlıq nəticəsində ərsəyə gəldiyini bildirib. O, qeyd edib ki, üçtərəfli komissiyanın yaradılması ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayacaq. Beynəlxalq Əmək Təşkilatının baş mütəxəssisi Sergius Qlovatskas AHİK-in əmək, sosial və iqtisadi münasibətlərin tənzimlənməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda əməkçi insanlara göstərilən diqqət və qayğının məmnunluq duğurduğunu söyləyib. S.Qlovatskas son illər Azərbaycan iqtisadiyyatında böyük nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb. AHİK-in zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri Çingiz Tağıyev, Beynəlxalq Əmək Təşkilatının eksperti Odra Mikalauskayte, Litva Həmkarlar İttifaqları Konfederasiyasının sədri Arturas Çerniauskas çıxışlarında üçtərəfli komissiyanın yaradılmasının önəmini vurğulayıb, onun fəaliyyətinin perspektivlərindən danışıblar. Seminar “dəyirmi masa” ilə davam edib.

 

AzərTac.az