TQDK-nın sədri Sabirabad şəhərində vətəndaşları qəbul edəcək

Posted by

TQDK-nın sədri Sabirabad şəhərində vətəndaşları qəbul edəcəkTQDK-nın sədri Sabirabad şəhərində vətəndaşları qəbul edəcək

TQDK-nın sədri Sabirabad şəhərində vətəndaşları qəbul edəcək

TQDK sədri Məleykə Abbaszadə Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dekabrın 9-da saat 11:00-da Sabirabad şəhər Heydər Əliyev mərkəzində (H. Əliyev pr. 95) TQDK sədri Məleykə Abbaszadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayon və Şirvan şəhər sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edəcək.

 

Qəbula gəlmək istəyən vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla (http://eservices.tqdk.gov.az/sedrinqebulu) və ya TQDK-nın Şirvan regional bölməsində (əlaqə tel (021) 215 15 23) qeydiyyatdan keçə bilərlər. Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayon və Şirvan şəhər təhsil şöbələrinin rəhbərliyinə müraciət edə bilərlər.

 

Apa.az