TQDK kolleclərə qəbul olmaq istətyən abituriyentlərə növbəti dəfə müraciət edib

Posted by

TQDK kolleclərə qəbul olmaq istətyən abituriyentlərə növbəti dəfə müraciət edib

TQDK kolleclərə qəbul olmaq istətyən abituriyentlərə növbəti dəfə müraciət edib

TQDK kolleclərə qəbul olmaq istətyən abituriyentlərə növbəti dəfə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən abituriyentlərə növbəti dəfə müraciət edib.

Trend TQDK-nın saytına istinadən bildirir ki, ümumi orta təhsil bazasında (9 illik) kolleclərə qəbul həmin təhsil pilləsini cari ildə bitirən şagirdlərin buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Yəni buraxılış imtahanı 9-cu sinfi bu il bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolunu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək. Buraxılış imtahanı 2 fənn üzrə – ana dili və riyaziyyatdan aparılacaq.

Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək. Bu imtahanda da abituriyentlərin ana dili və riyaziyyat fənləri üzrə bilikləri yoxlanılacaq.

Qeyd edək ki, həm əvvəlki illərin, həm də cari ilin məzunları üçün kolleclərə ərizə qəbulu eyni vaxtda aparılacaq. Həmçinin xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər üçün qabiliyyət imtahanlarına qeydiyyat və həmin imtahanların keçirilməsi eyni vaxtda təşkil olunacaq.

TQDK martın 16-da respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanı keçirəcək. İmtahan Respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq. İmtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb.

İmtahanlarda ümumilikdə 4388 şagirdin (Bakıda 2041, Gəncədə 266, Şəmkirdə 67, Gədəbəydə 124, Qazaxdə 101, Tovuzda 117, Sumqayıtda 414, Abşeronda 117, Şamaxıda 79, Qaxda 80, Bərdədə 77, Göyçayda 94, Kürdəmir 59, Zərdabda 61, Şirvanda 119, Sabirabadda 69, Biləsuvarda 73, Salyanda 77, Saatlıda 77, Lənkəranda 75, Cəlilabadda 61, Qubada 78, Xaçmazda 62) iştirak edəcəyi gözlənilir.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün – Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün – rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

 

Trend.az