TQDK iyunun 3-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

Posted by

TQDK iyunun 3-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

TQDK iyunun 3-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

TQDK iyunun 3-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 3-də ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.

 

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün 382 namizəd qeydiyyatdan keçib. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən cari ilin fevral ayından başlayıb və mayın 26-da başa çatıb. İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında, keçiriləcək.

 

İmtahana gələrkən namizədlər “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaq. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni 31 may və 2 iyun tarixlərində saat 9-dan 18-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər. İmtahan 3 saat davam edir və namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunur – 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır, 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir .

 

Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndirilir.

 

Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərmir.

 

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplayan namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – müsahibəyə buraxılacaqlar.

 

İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək.

 

Apa.az