Tokioda səfərdə olan Azərbaycan nümayəndə heyətinin keçirdiyi ikitərəfli görüşlərdə ticari-iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Posted by

Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclasında iştirak etmək üçün bu gündoğar ölkəyə səfərə gəlmiş Azərbaycan nümayəndə heyəti fevralın 27-də Tokioda bir sıra ikitərəfli görüşlər keçirmişdir.

Baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Yaponiyanın iqtisadi bərpa naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Akira Amari ilə görüşmüşdür.

Görüşdə dost ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərin inkişafında müstəsna rolu qeyd olunmuşdur.

Baş nazirin müavini Abid Şərifov nazir Akira Amarinin ikitərəfli əlaqələrin inkişafındakı xüsusi xidmətlərini vurğulamışdır. Yaponiyanın ölkəmizə yatırdığı sərmayələrə, əvəzsiz yardımlara və güzəştli kreditlərə görə minnətdarlıq ifadə olunmuşdur. Enerji sahəsində ənənəvi əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanda yaradılmış münbit imkandan istifadə edilməsinin vacibliyi vurğulanmışdır. Bundan sonra da həmin istiqamətdə əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunmuşdur.

Görüşdə, eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilmiş, bu sahədə əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağı bildirilmişdir.

Həmin gün Azərbaycan nümayəndə heyətinin Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Toşimitsu Moteqi ilə də görüşü olmuşdur. Görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilmiş, əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Azərbaycan tərəfinin bu əlaqələrin inkişafı ilə bağlı konkret təklifləri Yaponiya tərəfinə çatdırılmışdır.

Görüşlər zamanı nazirlər Akira Amari və Toşimitsu Moteqi Azərbaycana səfərə dəvət edilmişlər.

AzərTAc.az