Ötən il Rusiya-Azərbaycan sərhədini pozmaqla, “cihad” pərdəsi altında Suriyaya döyüşməyə getmək istəyən dörd Rusiya vətəndaşı tutulub

Posted by

Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 47 şəxs müəyyənləşdirilib, onlardan 11 nəfərinin həlak olması barədə məlumat əldə edilib, 7 nəfər saxlanılıb

Azərbaycanda xüsusi xidmət orqanları tərəfindən 2013-cü il ərzində dövlət sərhədinin mühafizəsi nəticəsində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 4 nəfər xarici ölkə vətəndaşı barədə müvafiq tədbirlər görülüb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, sərhədlərin mühafizəsi sayəsində terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 47 şəxs müəyyənləşdirilib, onlardan 11 nəfərinin həlak olması barədə məlumat əldə edilib, 7 nəfəri isə saxlanılıb.

Rusiya-Azərbaycan dövlət sərhədini pozmaqla, “cihad” pərdəsi altında Suriyaya döyüşməyə getmək istəyən 4 Rusiya vətəndaşı tutulub, qanunsuz miqrasiya ilə məşğul olan 5 qrup, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 cinayətkar dəstə zərərsizləşdirilib.

Apa.az