Ötən il ermənilər atəşkəs rejimini 4173 dəfə pozub

Posted by

Ötən il ermənilər atəşkəs rejimini 4173 dəfə pozubÖtən il ermənilər atəşkəs rejimini 4173 dəfə pozub

Ötən il ermənilər atəşkəs rejimini 4173 dəfə pozub

Ermənistan Silahlı Qüvvələri tərəfindən 2014-cü ildə cəbhə xəttində atəşkəs rejimi iyul ayının son, avqust ayının ilk həftəsində cəbhədəki aktivləşmə istisna olunmaqla 4173 dəfə pozulub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, 2014-cü ilin yanvar ayında 1543, fevralda 258, martda 229, apreldə 212, mayda 260, iyunda 344, iyulda 414, avqustda 332, sentyabrda 103, oktyabrda 253, noyabrda 452, dekabrda isə 533 atəşkəs pozuntusu faktı qeydə alınıb.

 

İyul ayının son günlərində Ermənistan Ordusunun bütün cəbhə boyu təxribat-diversiya cəhdləri qeydə alınıb. İyul ayının son həftəsi və avqust ayının ilk həftəsi hərbçilər tərəfindən cəbhədə son onilliyin ən ağır dövrü kimi qiymətləndirilib.

 

Noyabr ayında qoşunların təmas xəttində atəşkəs sazişinin imzalandığı 1994-cü ildən sonra ilk dəfə vertolyotun məhv edilməsi hadisəsi də baş verib. Noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçən Ermənistan Silahlı Qüvvələrinin Mi-24 tipli zərbə helikopteri Ağdam cəbhəsində Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı məhv edilib. Hadisə zamanı 3 erməni pilotu ölüb.

 

Ötən il Qarabağ cəbhəsində ən gərgin ərazi cəbhənin Füzuli və Ağdam rayonları istiqaməti olub. Füzuli istiqamətində atəşkəs pozuntusu 1211, Ağdam istiqamətində isə 1193 dəfə pozulub. Qalan hadisələr isə digər rayonların payına düşüb.

 

Atəşkəs pozuntularının ümumilikdə 84%-ə qədəri Qarabağ cəbhəsində, qalan hissəsi isə dövlət sərhədində baş verib.

 

Apa.az