Ötən ay erməni silahlı bölmələri atəşkəsi 836 dəfə pozub

Posted by

Ötən ay erməni silahlı bölmələri atəşkəsi 836 dəfə pozub

Ötən ay erməni silahlı bölmələri atəşkəsi 836 dəfə pozub

 

Ötən ay erməni silahlı bölmələri atəşkəsi 836 dəfə pozub

Bu ilin avqust ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 836 dəfə pozub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm çaplı minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstərib. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, hərəkət cəhdlərinin qarşısı alınıb.

 

Ay ərzində atəşkəsin pozulmasına görə, ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Ağdam rayonu istiqamətində 245 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonudur (154 fakt). Qarabağ cəbhəsi üzrə iyul ayında Tərtər rayonu istiqamətində 106 dəfə, Xocavənd rayonu istiqamətində 59 dəfə, Cəbrayıl rayonu istiqamətində 54 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 79 dəfə, Qazax rayonu istiqamətində 61 dəfə, Gədəbəy rayonu istiqamətində 36 dəfə, Tovuz istiqamətində 12 dəfə, Göygöl rayonu istiqamətində 18 dəfə, Ağstafa rayonu istiqamətində isə 12 dəfə pozub.

 

Ötən ay düşmənin 5 nəfər hərbi qulluqçusu məhv edilib, 8 nəfəri isə yaralanıb. Düşmənin atəşi nəticəsində Azərbaycan tərəfdən 3 hərbi qulluqçu yüngül qəlpə yarası alıb.

 

Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb.

 

Avqust ayında Cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd “Krunk-25” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

 

Qeyd edək ki, erməni silahlı bölmələri iyul ayında cəbhə xəttində atəşkəs rejimini 819 dəfə pozub.

 

Apa.az