Ötən ay Ceyhan limanından 2,2 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Posted by

2014-cü ilin yanvar ayı ərzində 2 milyon 208 min 677 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1 milyon 592 min 40 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilən gündən 2014-cü il fevral ayının 1-dək Ceyhan limanından 235 milyon 352 min 591 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Trend.az