«Təmiz Şəhər» zavodlarına məlumat turları təşkil edir

Posted by

«Təmiz Şəhər» zavodlarına məlumat turları təşkil edir

 

«Təmiz Şəhər» zavodlarına məlumat turları təşkil edir

«Təmiz Şəhər» zavodlarına məlumat turları təşkil edir

 

«Təmiz Şəhər» ASC Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına məlumat turlarını davam etdirir.

 

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, Balaxanı qəsəbəsində fəaliyyət göstərən zavodların növbəti ziyarətçiləri Xəzər Universitetinin tələbələri olublar. Tələbələr Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun iş prosesi ilə tanış olub, işçi kollektivi ilə söhbət ediblər.

 

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda isə tələbələrə tullantıların çeşidlənməsi haqqında geniş məlumat verilib. Tələbələr zavodlara təşkil olunmuş tur zamanı aldıqları məlumat və təcrübənin gələcək fəaliyyətlərində çox vacib olduğunu vurğulayıblar.

 

Qeyd edək ki, 2013-cü ildən etibarən «Təmiz Şəhər» ASC tərəfindən Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodlarına 15 məlumat turu təşkil edilib. Bu turlara qatılan 500-dən çox iştirakçı zavodların iş prosesi ilə əyani tanış olub, tullantıların zərərsizləşdirilməsi və çeşidlənməsi prosesini izləyiblər.

 

Tullantıların idarə olunması sahəsində əldə olunan nailiyyətlər haqqında əhalinin məlumatlandırılması məqsədilə məlumat turlarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

Apa.az