Dövlət Komissiyası itkin düşmüş şəxs kimi 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatları BQXK-ya təqdim edib

Posted by

Dövlət Komissiyası itkin düşmüş şəxs kimi 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatları BQXK-ya təqdim edibDövlət Komissiyası itkin düşmüş şəxs kimi 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatları BQXK-ya təqdim edib

Dövlət Komissiyası itkin düşmüş şəxs kimi 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatları BQXK-ya təqdim edib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında imzalanmış «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə əsasən, cari ilin ötən dövründə də itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin (bukkal) toplanması işi davam etdirilib.

 

APA-nın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və İşçi qrupunun 2015-ci ilin 6 ayı ərzindəki fəaliyyəti ilə bağlı açıqlanan hesabatında qeyd olunub.

 

Hesabatda bildirilir ki, bu işə aprel ayından start verilib və BQXK mütəxəssislərinin təlim-kurs keçdiyi hər iki qurumun əməkdaşları tərəfindən hazırkı vaxta qədər 715 donordan (244 ailə) nümunələr götürülüb. Nümunələrin götürülməsi məqsədilə həmçinin mobil qruplar da təşkil edilib. Bu qruplar nümunələrin götürüldüyü müəssisəyə gəlmək imkanı olmayan şəxslərin evlərinə gedərək prosesi orada həyata keçirirlər.

 

2011-ci ilin yanvar ayında Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış «AnteMortem / PostMortem məlumat Bazasının istifadəsi» üzrə Proqram Təminatı Müqaviləsi ilə bağlı ardıcıl işlər davam etdirilib. Cari ilin 6 ayı ərzində 200 nəfər barədə anket Komissiyaya təhvil verilib. Onlardan 170 nəfər barədə məlumat bazaya əlavə olunub. Prosesin əvvəlindən keçən müddət ərzində isə 2178 nəfər barədə anket Komissiyaya təhvil verilib. Onlardan 2138 nəfəri barədə məlumatlar bazaya yüklənib. Bundan başqa, Dövlət Komissiyası və BQXK-da itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Dövlət Komissiyasının İşçi qrupunda aparılmış işlərin nəticəsi kimi 15 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı Nümayəndəliyinə göndərilib. Bundan başqa, axtarış işi müxtəlif səbəblərə görə, BQXK-da bağlanmış 27 nəfərlə bağlı bu qurumdan göndərilmiş material həmin şəxslərlə bağlı Komissiyada olan məlumatlarla tutuşdurularaq ətraflı təhlil edilib və araşdırmanın nəticəsi ilə bağlı geniş arayış tərtib edilərək işə əlavə edilib.

 

 

Apa.az