Tiflisdə II Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir

Posted by

Tiflisdə II Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilirTiflisdə II Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir

Tiflisdə II Cənubi Qafqaz Təhlükəsizlik Forumu keçirilir

Gürcüstan paytaxtında regional təhlükəsizlik məsələlərinə həsr olunan II Cənubi Qafqaz Təhlükəsizlik Forumu öz işinə başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanı Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Bakı Dövlət Universiteti və digər qurumlar təmsil edir.

 

Forumu Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun (CFSİS) prezidenti Aleksandr Rondeli, Avropa və Şimali Atlantika Əlaqələri Mərkəzinin direktoru Robert Ondrejski və Praqadakı Çarlz Universitetinin sosial elmlər fakültəsinin professoru Vit Striteku açaraq tədbir iştirakçılarını salamlayıblar. Sonra

 

Forumda Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya “Gürcüstan NATO-nun Uels sammitindən sonra: “İcmal və gələcək perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Sonra forum sessiyalarla davam edib.

 

Keçirilən sessiyalarda “NATO, Avropa İttifaqı və Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada xarici siyasəti: “Baş verən hadisələr”, “Vışeqrad və Şərq ölkələri: “Baxışlar və perspektivlər”, “Vilnüs sammitindən sonra Şərq Tərəfdaşlığı ölkələrində inkişaf və perspektivlər” mövzularında məruzələr dinlənilib. Mövzularla bağlı Slovakiyanın NATO-dakı səfiri, Azərbaycan, Polşa, Ukrayna və Ermənistan nümayəndələri, habelə Çexiya xarici işlər nazirinin I müavini Petr Drulak, Slovakiyanın xarici və Avropa məsələləri üzrə dövlət katibi Peter Buçian, Macarıstanın Xarici işlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və beynəlxalq Əməkdaşlıq məsələləri üzrə dövlət katibi İstvan Mikola və başqaları çıxış ediblər.

 

Çıxışlarda Dağlıq Qarabağ münaqişəsi, Ukrayna və Krım hadisələrindən, habelə Vilnüs və Uels sammitlərindən sonra “Şərq Tərəfdaşlığı” və Cənubi Qafqaz ölkələrində inkişaf və perspektivlərdən bəhs olunub. Qeyd edilib ki, Krımın Rusiyaya birləşdirilməsi nəticəsində ölkələrin sərhədləri dəyişdirilə bilər, bu isə mənfi nəticələrə gətirib çıxaracaq.

 

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Sabah forum 3 sessiya ilə davam edəcək. Tədbirdə “Asiya təhlükəsizliyində Çinin mövqeyi”, “Böhranlı enerji infrastrukturunun qorunması”, “Ukrayna-NATO: “Əməkdaşlıq, yoxsa üzvlük?” mövzularında məruzələr dinləniləcək. Tədbirdə BDU-nun təhlükəsizlik və enerji siyasəti üzrə professoru Bəxtiyar Aslanbəyli Azərbaycanda enerji təhlükəsizliyi sahəsində görülən işlər barədə çıxış edəcək.

 

Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun (CFSİS) prezidenti Aleksandr Rondeli APA-ya açıqlamasında forumda Cənubi Qafqazda mövcud münaqişələrin müzakirə olunacağını deyib: “Biz bu forumda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi yollarını müzakirə edəcəyik. Əlbəttə, Rusiya-Gürcüstan, Ermənistan-Azərbaycan münaqişələrini də müzakirə edəcəyik. Bu münaqişələr regionda gərginlik yaradır. Bu məsələləri sülh yolu ilə həll etmək lazımdır. Lakin, bu bir günün işi deyil”.

 

Apa.az