Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

Posted by

Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

Təhsil Nazirliyi vətəndaşlara müraciət edib

Azərbaycan Təhsil Nazirliyi xaricdə təhsil xidmətləri göstərən şirkətlərlə bağlı vətəndaşlara müraciət edib.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu məsələlələ əlaqədar vətəndaşların diqqətli olması tövsiyə edilib.

İctimaiyyətə ünvanlanan həmin müraciətdə qeyd edilir ki, Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, xüsusilə də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır:

“Bundan əlavə, bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd Dövlət Proqramına seçim zamanı heç bir rol oynamır. Belə hallarla rastlaşdığınız təqdirdə nazirliyin “Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə tövsiyə olunur ki, özləri birbaşa olaraq xarici ali təhsil müəssisələrindən qəbul prosedurlarını sorğu edərək aidiyyəti üzrə müraciət etsinlər”.

 

Trend.az