Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edir

Posted by

Azərbaycanın Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir.

Trend nazirliyin saytına istinadən xəbər verir ki, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan nazirliyin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu aprelin 16-dək davam edəcək. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir.

Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Trend.az