Təhsil Nazirliyi və AMEA regionlarda məktəblilər arasında təhsil-elm vəhdətinin təbliğinə start verib

Posted by

Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlığı çərçivəsində Şamaxıda məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirilib, şagirdlər üçün fizika və kimyaya dair maraqlı təcrübələr nümayiş etdirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov bildirib ki, Təhsil Nazirliyi və AMEA birlikdə regionlarda məktəblilər arasında təhsil-elm vəhdətinin təbliğinə start verib. Şamaxıdan başlanan bu tədbirlərdən məqsəd ölkədə yetişməkdə olan gənc nəslin elmə marağının artırılmasıdır.

Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov təhsil-elm tandeminin populyarlaşdırılması istiqamətində bu cür tədbirlərin yüksək önəm daşıdığını söyləyib, intellektual cəmiyyətin inkişafında gənclərin rolundan danışıb.

Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev isə bildirib ki, rayonda 12 minə yaxın şagird təhsil alır. Onlar hər il­ fənn olimpiadaları, inşa yazı, bədii qiraət və digər növ yarışlarda iştirak edirlər.

Apa.az