Təhsil Nazirliyi: Ödənişli ixtisaslara qəbul olan abituriyentlərin bəzi kateqoriyaları təhsil haqqından azaddırlar

Posted by

Təhsil Nazirliyi: Ödənişli ixtisaslara qəbul olan abituriyentlərin bəzi kateqoriyaları təhsil haqqından azaddırlarTəhsil Nazirliyi: Ödənişli ixtisaslara qəbul olan abituriyentlərin bəzi kateqoriyaları təhsil haqqından azaddırlar

Təhsil Nazirliyi: Ödənişli ixtisaslara qəbul olan abituriyentlərin bəzi kateqoriyaları təhsil haqqından azaddırlar

“Azərbaycan qanunvericiliyinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin ödənişli ixtisaslarına qəbul olan abituriyentlərin bəzi kateqoriyaları təhsil haqqından azaddırlar”.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna əsasən, dövlət, eyni zamanda özəl ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir: “Xatırladaq ki, bu kateqoriyaya hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyni məlum olmayan, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər aid edilir. Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər”.

 

Nazirlikdən onu da bildiriblər ki, bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq, məcburi köçkünlər və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları da təhsil haqqından azaddırlar.

 

Apa.az