Təhsil Nazirliyi şagirdi döyülən 7 nömrəli xüsusi internat məktəbinin rəhbərliyini vəzifədən kənarlaşdırıb

Posted by

Təhsil Nazirliyi şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia edilən 7 nömrəli xüsusi internat məktəbinin rəhbərliyini və məsələdə adı hallandırılan digər şəxsləri vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Bu barədə Trend-ə Təhsil Nazirliyinin KİV və QHT-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, həmin təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub.

Bu məsələnin araşdırılması bilavasitə təhsil naziri Mikayıl Cabbarovun şəxsi nəzarətinə götürülüb.

İlkin araşdırma zamanı gəlinən bu qənaətə gəlinib ki, ötən gün mediada yayılan video həmin gün deyil, daha öncə çəkilib və hər iki dövlət qurumunun məsələ ilə bağlı rəsmi açıqlaması yayıldıqdan sonra mediaya yol tapıb. Əgər videonu yayan şəxslərin məqsədi hadisənin daha operativ və hərtərəfli araşdırılmasına kömək etmək idisə, bu video daha öncədən dövlət qurumlarına təqdim olunardı. Dövlət qurumlarına, o cümlədən Təhsil Nazirliyinə müraciət edilmədən informasiyanın və videonun rəsmi qurumların ilkin rəyini açıqladıqdan sonra bu ardıcıllıqla yayılması müəyyən suallar doğurur.

Eyni zamanda hadisənin və ondan sonra gedən proseslərin baş vermə səbəbinin hərtərəfli öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Trend.az