Təhsil naziri Sumqayıtda vətəndaşları avqustun 27-də qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 24-də nəzərdə tutulan Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbulu vaxtında dəyişiklik edilib.
M.Cabbarov avqustun 27 –də saat 10:00-da Sumqayıt şəhərindəki Tarix Muzeyində Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 24-də nəzərdə tutulmuş qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar avqustun 27–də qəbul ediləcəklər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
AZƏRTAC