Təhsil naziri Ağsuda vətəndaşları qəbul edəcək

Posted by

Təhsil naziri Ağsuda vətəndaşları qəbul edəcəkTəhsil naziri Ağsuda vətəndaşları qəbul edəcək

Təhsil naziri Ağsuda vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov mayın 12-də Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, vətəndaşların qəbulu mayın 12-si saat 11:00-da Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar 6, 7 və 8 may tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

 

Apa.az