Texasın Hyuston şəhərində 28 may “Azərbaycanın Respublika Günü” elan edilmişdir

Posted by

Texasın Hyuston şəhərində 28 may “Azərbaycanın Respublika Günü” elan edilmişdir

Texasın Hyuston şəhərində 28 may “Azərbaycanın Respublika Günü” elan edilmişdir

Texasın Hyuston şəhərində 28 may “Azərbaycanın Respublika Günü” elan edilmişdir

ABŞ-ın aparıcı sənaye mərkəzlərindən biri olan və Azərbaycanın paytaxtı ilə qardaşlaşmış Hyuston şəhərində “Azərbaycan Mərkəzi” və “Hyuston-Bakı Qardaşlaşmış şəhərlər Assossasiyası”nın təşkilatçılığı ilə Hyuston Şəhər Meriyasının binasında Azərbaycanın milli bayramı – Respublika Gününə həsr edilmiş rəsmi tədbir keçirilmişdir.

“Azərbaycan Mərkəzi” və “Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assossasiyası”nın rəhbəri İradə Axundova tədbiri açaraq, 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumat vermişdir. O, Hyustonda keçirilən layihələrə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə minnətdarlığını bildirmişdir.

Daha sonra Hyuston Şəhər Şurasının üzvü Ed Qonzalez çıxış edərək, Azərbaycan xalqını və Hyustonda yaşayan Azərbaycan icması nümayəndələrini təbrik etmiş, şəhər meriyası tərəfindən 28 may tarixinin Azərbaycanın Respublika Günü elan edildiyini bildirmiş və şəhər meri Anisa Parkerin adından bəyannamənin mətnini oxumuşdur.

Tədbirdə, eyni zamanda, Ştat Assambleyasının bir sıra üzvləri, konqresmenlər və yerli biznes nümayəndələri ilə yanaşı, Kolumbiya, Macarıstan, Pakistan, Rusiya, Türkiyə, Braziliya və Yunanıstanın Hyustondakı baş konsulları da iştirak etmişlər.

Azərbaycanın Respublika Günü münasibətilə “Azərbaycan Mərkəzi”nə Assambleya üzvləri Cin Vu, Alma Alen və Hubert Vo, eləcə də konqresmenlər Stiv Stokman və Ted Po tərəfindən bəyannamələr təqdim edilmişdir.

Assambleya üzvü Cin Vu çıxış edərək Hyuston şəhərinin çoxmillətli və çoxmədəniyyətli şəhər olduğunu, burada yaşayan Azərbaycan icmasının bu mədəniyyətə xüsusi çalar qatdığını söyləmiş, Azərbaycan xalqını bayram münasibətilə təbrik etmişdir.

Tədbirdə çıxış edən səfirliyin əməkdaşı Natiq Baxışov əvvəlcə Hyustonda yaşayan azərbaycanlıları ölkələrimiz arasında münasibətlərə verdiyi töhfələrə, eləcə də “Azərbaycan Mərkəzi”nin Azərbaycan xalqının mədəniyyətinin təbliğ edilməsinə oynadığı rola görə minnətdarlığını bildirmişdir. O, 28 Mayın Azərbaycan xalqı üçün ilk respublikanın yaranması ilə əlamətdar olduğunu qeyd etməklə yanaşı, müasir Azərbaycan dövlətçiliyinin, əsası hələ 1918-1920-ci illərdə qoyulmuş ideyalar üzərinə kökləndiyini bildirmişdir. N.Baxışov 1991-ci ildə müstəqilliyimizin yenidən bərpa olunduğunu, ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün olduğunu qeyd etmişdir.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin, eləcə də ölkə rəhbərliyi tərəfindən yürüdülən strategiya nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.

Tədbir amerikalı uşaqların Səməd Vurğunun “Azərbaycan” şeirinin ingilis dilində ifası ilə davam etmişdir.

 

AzərTac.az