Tbilisidə keçirilən Beynəlxalq konfransda Azərbaycanın təcrübəsi maraq doğurmuşdur

Posted by

Tbilisidə keçirilən Beynəlxalq konfransda Azərbaycanın təcrübəsi maraq doğurmuşdur

 

Tbilisidə keçirilən Beynəlxalq konfransda Azərbaycanın təcrübəsi maraq doğurmuşdur

Tbilisidə keçirilən Beynəlxalq konfransda Azərbaycanın təcrübəsi maraq doğurmuşdur

 

Tbilisi şəhərində Dünya Bankının təşkilatçılığı ilə PEMPAL layihəsi çərçivəsində “Ümumi bölmənin qeydə alınması və hesabatı” mövzusunda keçirilən Beynəlxalq konfransda Mərkəzi Asiya və Şərqi Avropanın 15 dövlətindən nümayəndələr iştirak etmişlər.

Konfransı Gürcüstanın maliyyə naziri Nodar Xaduri açaraq ölkədə maliyyə sahəsində həyata keçirilən layihələr, habelə donor təşkilatların rolu barədə söhbət açmış və PEMPAL proqramının əhəmiyyətindən danışmışdır. İştirakçılar ümumi bölmənin mühasibat hesabatı, dövlət maliyyələrinin idarə olunması istiqamətində həyata keçirilən islahatlarla bağlı fikir mübadiləsi aparmışlar.

Konfransda iştirak edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktor müavini Vüqar Abdullayev AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: Biz iştirakçılara respublikamızda həyata keçirilən iqtisadi islahatlar, o cümlədən dövlət xəzinədarlığı sistemində elektron xəzinədarlığın təşkilində qazanılmış müsbət təcrübə barədə ətraflı məlumat verdik. Qeyd edim ki, bu sahədə Azərbaycanın təcrübəsi Dünya Bankı tərəfindən yüksək qiymətləndirilmiş və indi də tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Mühasibat-uçot sahəsində təcrübəmizə xüsusi diqqət yetirilmişdir.

Özbəkistan Respublikası Maliyyə Nazirliyinin mühasibat-uçot və hesablama xəzinədarlığı rəisinin müavini Suxrob Xamrayev layihəyə üzv olan ölkələrdə mövcud təcrübənin mübadiləsi baxımından konfransı təqdirəlayiq saymış, azərbaycanlı həmkarının təqdimatının maraq doğurduğunu vurğulamışdır.

 

AzərTAc.az