Taner Yıldız: Rusiyadan Türkiyəyə qaz kəməri layihəsi TANAP-a təsir etməyəcək

Posted by

Taner Yıldız: Rusiyadan Türkiyəyə qaz kəməri layihəsi TANAP-a təsir etməyəcəkTaner Yıldız: Rusiyadan Türkiyəyə qaz kəməri layihəsi TANAP-a təsir etməyəcək

Taner Yıldız: Rusiyadan Türkiyəyə qaz kəməri layihəsi TANAP-a təsir etməyəcək

Rusiya qazının Türkiyəyə tədarükü Trans Anadolu qaz kəməri (TANAP) üzrə nəql ediləcək Azərbaycan qazına alternativ deyil. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

 

Onun sözlərinə görə, Aİ ölkələri Rusiyadan Türkiyəyə yeni qaz kəmərinin tikintisinin TANAP layihəsinin reallaşdırılmasına təsir edə biləcəyi barədə dəfələrlə narahatlıqlarını bildiriblər: “Lakin bu, TANAP layihəsinə heç cür təsir etməyəcək”.

 

T.Yıldız qeyd edib ki, Türkiyə reallaşdırılması tez bir vaxtda başlayacaq TANAP layihəsinin iştirakçısıdır.

 

Trend.az