TANAP Azərbaycan və Türkiyə üçün çox önəmli layihədir

Posted by

TANAP Azərbaycan və Türkiyə üçün çox önəmli layihədir

TANAP Azərbaycan və Türkiyə üçün çox önəmli layihədir

TANAP Azərbaycan və Türkiyə üçün çox önəmli layihədir

Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov Türkiyənin BOTAŞ-TANAP Ərazi Haqları Birliyi dövlət təşkilatının rəhbəri İsmayıl Hakkı Çiçək ilə görüşmüşdür.

İ.H.Çiçək Trans-Anadolu (TANAP) layihəsi çərçivəsində rəhbərlik etdiyi qurum tərəfindən son zamanlar görülən işlər haqqında məlumat vermişdir. TANAP-ın Azərbaycan və Türkiyə üçün səmərəli layihə olduğunu vurğulayan İ.H.Çiçək qeyd etmişdir ki, bu layihə Qars bölgəsi üçün də vacib əhəmiyyət daşıyır. O bildirmişdir ki, bu bölgə gələcəkdə layihə sayəsində sürətlə inkişaf edərək mühüm strateji məntəqələrdən birinə çevriləcəkdir.

Ayxan Süleymanov TANAP-ın Azərbaycan və Türkiyə üçün çox önəmli layihə olduğunu söyləmişdir. Baş konsul bu layihənin həyata keçirilməsi ilə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə mövcud əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi üçün yeni imkanların yaranacağına əmin olduğumu vurğulamışdır.

 

AzərTac.az