İtaliyanın “Mondo del gusto” saytında Bolonyada Azərbaycana dair keçirilən seminarla bağlı yazı yerləşdirilmişdir

Posted by

İtaliyanın “Mondo del gusto” saytında Bolonyada Azərbaycana dair keçirilən seminarla bağlı yazı yerləşdirilmişdir.

Məqalədə İtaliyanın Bolonya şəhərində keçirilən, Azərbaycanın kənd təsərrüfatı sahəsində imkanlarının təqdim olunduğu seminarla bağlı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, tədbirdə İtaliya-Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM) prezidenti Manuela Traldi ölkəmizdə siyasi, iqtisadi, kənd təsərrüfatı və digər sahələrdə əldə edilən nailiyyətlərlə bağlı məlumat vermişdir.

Yazıda bildirilir ki, seminarda Azərbaycanda kənd təsərrüfatı sektorunda həyata keçirilən tədbirlər, qazanılan uğurlar, aqrar-sənaye sahəsində mövcud imkanlar müzakirə olunmuş, eyni zamanda, ölkəmizdəki əlverişli investisiya mühitindən bəhs edilmişdir.

Məqalədə, həmçinin İTAZERCOM-un fəaliyyətinə də toxunulmuşdur. Vurğulanmışdır ki, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə 2012-ci ildə təsis olunmuş qurum iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı maraq doğuran bir çox sahələrdə əməkdaşlığın inkişafı istiqamətində uğurla fəaliyyət göstərir.

Yazıda zəngin enerji ehtiyatlarına malik Azərbaycanın sürətlə inkişaf edən bir ölkə olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycan-İtaliya münasibətləri yüksələn xətlə inkişaf etməkdədir.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq olar:

http://www.mondodelgusto.it/notizie/8942/azerbaijan-mercato-emergente-per-italia

AzərTAc.az