İtaliyanın “İl Tempo” qəzetinin saytında Heydər Əliyev Fondunun Romanın bir sıra tarixi abidələrinin bərpasına töhfəsi ilə bağlı yazı yerləşdirilib

Posted by

İtaliyanın “İl Tempo” qəzetinin saytında Heydər Əliyev Fondunun Romanın bir sıra tarixi abidələrinin bərpasına töhfəsi ilə bağlı yazı yerləşdirilmişdir.

AzərTAcxəbər verir ki, məqalədə son illər Romada bir sıra qədim, tarixi abidələrin artıq dağılmaq üzrə olduğu bildirilir. Bu abidələrin bərpasının vacibliyinin qeyd olunduğu yazıda qeyd olunur ki, Azərbaycan hökumətinin və Heydər Əliyev Fondunun bu istiqamətdə dəstəyi göz önündədir.

Yazıda müvafiq məsələ ilə bağlı Roma şəhərinin meri İgnazio Marinonun fikirlərinə də yer verilmişdir. O demişdir: “İtaliyanın bir sıra arxeoloji abidələrində ölkəmizdə təhsil alan azərbaycanlı tələbələrin köməyi ilə qazıntıları davam etdirmək istəyirik”.

Məqalədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kapitolini Muzeyinin “Filosoflar zalı”nda təmir işlərinin həyata keçirilməsi yüksək qiymətləndirilir. Muzeyin “Filosoflar zalı”nın bərpasından sonra açılışında iştirak edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun sözləri də yazıda yer almışdır: “Bu nadir mədəniyyət nümunələri təkcə İtaliyaya deyil, bütün bəşəriyyətə məxsusdur”.

Trend.az