İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun qubernatoru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etmişdir

Posted by

İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun qubernatoru xanım Debora Serakkianinin başçılıq etdiyi nümayəndə heyəti martın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üstünə tər çiçəklər qoyulmuşdur.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoymuşlar.

AzərTac.az