İtaliyada yeni açılmış Azərbaycan Tədqiqatları Mərkəzi “Dini tolerantlıq modeli: Azərbaycan” mövzusunda ilk tədbirini keçirmişdir

Posted by

İtaliyada yeni açılmış Azərbaycan Tədqiqatları Mərkəzi “Dini tolerantlıq modeli: Azərbaycan” mövzusunda ilk tədbirini keçirmişdir

İtaliyada yeni açılmış Azərbaycan Tədqiqatları Mərkəzi “Dini tolerantlıq modeli: Azərbaycan” mövzusunda ilk tədbirini keçirmişdir

İtaliyada yeni açılmış Azərbaycan Tədqiqatları Mərkəzi “Dini tolerantlıq modeli: Azərbaycan” mövzusunda ilk tədbirini keçirmişdir

İtaliyanın Trentino-Alto Adige muxtar vilayətinin paytaxtı Trento şəhərində Azərbaycan Tədqiqatları Mərkəzinin açılışı olmuşdur.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina, Leviko Terme şəhərinin meri Mikele Sartori və başqaları iştirak etmişlər.

Mərkəzin açılmasında əsas məqsəd Azərbaycana dair tədqiqatları və elmi araşdırmaları təbliğ etmək, ölkəmizlə bağlı konfranslar, debatlar, seminarlar və təlimlər keçirməkdir. Xüsusi kitabxananın mövcud olduğu mərkəzdə sənədlərin rəqəmsal arxivləşdirilməsinin həyata keçirilməsi də nəzərdə tutulur.

Mərkəz Trento şəhərində ilk tədbirini keçirmişdir. Belə ki, qurumun təşkilatçılığı və ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə “Dini tolerantlıq modeli: Azərbaycan” mövzusunda “dəyirmi masa” keçirilmişdir.

İtaliyanın məşhur “Trentino” qəzetinin baş redaktorunun müavini Paolo Mantovanın moderatorluğu ilə keçirilmiş tədbirdə bu ölkənin akademik və işgüzar dairələrinin təmsilçiləri, Trento şəhəri ictimaiyyətinin nümayəndələri və başqaları iştirak etmişlər.

Azərbaycan Tədqiqatları Mərkəzinin rəhbəri Fernando Orlandi qurum haqqında məlumat verərək İtaliyada belə bir mərkəzin təsis olunmasını əlamətdar hadisə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, bu cür mərkəzin ilk dəfə olaraq İtaliyada açılması ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin bariz göstəricisidir.

Tədbirdə çıxış edən Vaqif Sadıqov Azərbaycan Tədqiqatları Mərkəzinin açılmasını yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, mərkəz Azərbaycan həqiqətlərinin İtaliya xalqına çatdırılmasında mühüm rol oynayacaqdır.

Azərbaycanda hökm sürən yüksək səviyyəli tolerantlıq mühitindən danışan səfir ölkəmizin bu istiqamətdə dünya dövlətləri üçün nümunə olduğunu diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dostluq və mehribanlıq şəraitində yaşadığı Azərbaycan bu gün bütün dünyada tolerant ölkə kimi tanınır. Dini və mədəni tolerantlıq dövlət siyasətinin mühüm elementinə çevrilmişdir.

Milanda fəaliyyət göstərən Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun aparıcı tədqiqatçısı Karlo Frappi dünyanın istənilən ölkəsində bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinə bərabər səviyyəli münasibət göstərilməsinin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, bu baxımdan Azərbaycanda müvafiq sahədəki mövcud vəziyyət təqdirəlayiqdir.

Sonra Covanni Bensinin müəllifi olduğu “Azərbaycanda dinlər” kitabının təqdimatı olmuşdur.

C.Bensi çıxış edərək bildirmişdir ki, nəşrdə müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış insanların dini etiqadları, əqidələri və inancları ilə bağlı maraqlı məlumatlar əks olunmuşdur. Kitab Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan ərazisində 3 min ildən artıq bir dövrdə cərəyan edən tarixi, mədəni və dini prosesləri öyrənmək istəyən italiyalı oxucular üçün önəmli bir məlumat mənbəyidir.

Nəşrdə ən qədim dövrlərdən Azərbaycan ərazisində İslam dininin təşəkkül tapmasınadək mühüm tarixi mərhələlərdən bəhs olunur. Kitab, həmçinin ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı, ölkəmizdə bütün dinlərin nümayəndələrinin sülh şəraitində yaşaması ilə bağlı əhəmiyyətli məlumatlar toplusudur.

 

AzərTac.az