İƏT XİNŞ Xocalı faciəsini soyqırım aktı kimi tanıyan növbəti sənəd qəbul edib

Posted by

İƏT XİNŞ Xocalı faciəsini soyqırım aktı kimi tanıyan növbəti sənəd qəbul edib

İƏT XİNŞ Xocalı faciəsini soyqırım aktı kimi tanıyan növbəti sənəd qəbul edibİƏT XİNŞ Xocalı faciəsini soyqırım aktı kimi tanıyan növbəti sənəd qəbul edib

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası (İƏT XİNŞ) Xocalı faciəsini soyqırım aktı tanıyan növbəti sənəd qəbul edib.
İƏT-ə bağlı beynəlxalq qurum kimi Sessiyanın işində təmsil olunan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbulda yerləşən baş qərargahından Trend-ə verilən məlumata görə, dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakridə 57 ölkənin üzv olduğu İƏT XİNŞ-nin 40-cı sessiyası keçirilib.
DƏ-İKGF nümayəndə heyətinin başçısı kimi Sessiyada iştirak edən Elməddin Mehdiyev bildirib ki, forum tərəfindən təqdim edilən qətnamə layihəsində DƏ-İKGF Mədəniyyətlər arası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə Forum tərəfindən həyata keçirilən “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd ayrılıb. Həmin bəndə əsasən, İƏT XİNŞ “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyasını alqışlayır və üzv dövlətlərdən bu soyqırım aktını milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırır.
E.Mehdiyev əlavə edib ki, kampaniya çərçivəsində DƏ-İKGF-nin apardığı iş nəticəsində ilk dəfə olaraq Xocalı faciəsi İƏT Parlamentlər İttifaqı tərəfindən insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanınıb. İƏT XİNŞ isə faciəni soyqırım aktı kimi ilk dəfə 2012-ci ilin noyabr ayında Cibutidə keçirilən 39-cu Sessiya zamanı tanınıb. Görülən işlərin nəticəsi kimi İƏT-in ali orqanı olan İƏT dövlət başçıları zirvəsi 2013-cü ülün fevral ayında Qahirədə keçirilən Zirvə zamanı faciəni insanlığa qarşı cinayət və soyqırım aktı kimi tanıyıb.
Sözügedən qətnamə, həmçinin DƏ-İKGF tərəfindən həyata keçirilən “Dünyanı dəyişə biləcək 10 Gənc Müsəlman” beynəlxalq mükafat layihəsini alqışlayıb və üzv dövlətləri bu sahədə DƏ-İKGF ilə əməkdaşlıq etməyə çağırıb. Qeyd olunan mükafat layihəsinə 2011-ci ilin noyabr ayında Bakıda DƏ-İKGF ve Azərbaycan hökumətinin birgə təşkil etdiyi İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) təsisedici konfransı zamanı start verilib və ilk mükafatlandırma mərasiminin beynəlxalq səviyyədə təşkil edilməsi qərarlaşdırılıb. İƏT XİNŞ 40-ci sessiyası həmçinin, DƏ-İKGF-yə 2014-cü ildə İƏT ölkələri Gənclər və İdman Nazirlərinin konfransını təşkil etməyi həvalə edib.