İsveç-Azərbaycan Gənclər Təşkilatının fəaliyyət istiqamətləri müzakirə olunub

Posted by

İsveç-Azərbaycan Gənclər Təşkilatının fəaliyyət istiqamətləri müzakirə olunub

İsveç-Azərbaycan Gənclər Təşkilatının fəaliyyət istiqamətləri müzakirə olunub

 

 

İsveç-Azərbaycan Gənclər Təşkilatının fəaliyyət istiqamətləri müzakirə olunub

Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkədə yaşayan azərbaycanlı gənclərin yeni yaratdıqları İsveç-Azərbaycan Gənclər Təşkilatının idarə heyətinin üzvləri ilə görüşüb.

 

Görüşdə yeni yaradılan təşkilatın fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Təşkilatın sədri Mahirə Muxtarova yeni qurumun məqsədi və fəaliyyəti barədə məlumat verib.

 

A.Məmmədov İsveçdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizin Azərbaycan və azərbaycançılıq naminə gördükləri işləri yüksək qiymətləndirib. Səfir bəzən diaspor təşkilatlarımızın İsveçin reallıqları ilə ayaqlaşa bilmədikləri üçün problemlərlə üzləşdiklərini bildirib. Diplomat bunu həmvətənlərimizin İsveç dilini mükəmməl bilməmələri və hələ də cəmiyyətə tam inteqrasiya olunmamaları ilə əlaqələndirib. İsveçdə doğulmuş və təhsil almış, potensialı olan azərbaycanlı gənclərin bu boşluğu dolduracaqlarına, Azərbaycanın tanıdılması istiqamətində diasporun fəal və çevik bir hissəsinə çevriləcəklərinə əmin olduğunu vurğulayan səfir gənclərin bir təşkilatda birləşmək təşəbbüsünü alqışlayıb və onların səmərəli fəaliyyətlərinin şahidi olacağına ümid etdiyini bildirib.

 

Bu təşkilatın İsveç və Azərbaycan gənclər təşkilatları arasında körpü olacağını qeyd edən A.Məmmədov, eyni zamanda, azərbaycanlı gənclərin İsveçin siyasi həyatında da fəal olmalarının zəruriliyini vurğulayıb.

 

AzərTac.az