Sumqayıtda böyük yaş qrupuna aid olan əhalinin 97,4 faizi tibbi müayinədən keçmişdir

Posted by

Sumqayıtda böyük yaş qrupuna aid olan əhalinin 97,4 faizi tibbi müayinədən keçmişdir

Sumqayıtda böyük yaş qrupuna aid olan əhalinin 97,4 faizi tibbi müayinədən keçmişdir

Sumqayıtda böyük yaş qrupuna aid olan əhalinin 97,4 faizi tibbi müayinədən keçmişdir

Əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısının tapşırığına əsasən, fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası artıq Sumqayıt şəhərində də yekunlaşmaq üzrədir.

Şəhər səhiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Ələkbər Tağıyev AzərTAc-a bildirmişdir ki, tibbi profilaktik müayinənin mütəşəkkil həyata keçirilməsi məqsədilə yaradılmış komissiya mütəmadi olaraq əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini aparılmışdır. O, qeyd etmişdir ki, tibbi müayinələr şəhər ərazisində fəaliyyət göstərən, müasir standartlara cavab verən yüksək səviyyəli tibbi avadanlıqla təchiz edilmiş səhiyyə ocaqlarında həyata keçirilmişdir.

Aksiya zamanı profilaktik tibbi müayinələrin əhatəsini genişləndirmək üçün məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdə və şəhərin ucqar yaşayış massivlərində – H.Zeynalabdin qəsəbəsi, “Stansiya Sumqayıt” ərazisi, “Şırvan” yaşayış massivində və s. səyyar tibbi müayinələr keçirilmişdir;

Həmçinin Milli Onkologiya Mərkəzinin səyyar briqadaları tərəfindən aprelin 15-16-da qadınların profilaktik tibbi müayinələri aparılmışdır;

Ə. Tağıyevin sözlərinə görə, profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir pasiyent qeydiyyatdan və həkim mütəxəssislərin ilkin müayinəsindən keçirilmiş, rentgen-flüoroqrafik, ultrasəsəs müayinə, laborator analizlər, EKQ və digər müayinələr aparılmış və lazım gəldikdə şəhərin baş mütəxəssisləri ilə konsultasiya olunmuşlar. İlkin xəstəlik aşkar olunan xəstələr qeydiyyata alınmış, ehtiyacı olanlara ambulator müalicə təyin olunmuş və yaxud lazım gəldikdə stasionar müəssisələrə müalicəyə göndərilmişlər.

Beləliklə, tibbi müayinə zamanı şəhərdə yaşayan 232334 nəfər böyük yaş qrupuna aid olan əhalinin 226293 nəfəri – 97,4 faizi tibbi müayinədən keçmiş, onlarda 402043 tibbi müayinə aparılmışdır. Nəticədə 27970 nəfərə ambulator müalicə təyin edilmiş, 1346 nəfər xəstəxanalara yerləşdirilmişdir.

Şəhər səhiyyə şöbəsinin müdiri onu da qeyd etmişdir ki, aksiya zamanı müayinədən keçmiş şəhər sakinləri dövlətimizin başçısının bu nəcib təşəbbüsünü böyük rəğbətlə qarşılamış, əhalinin sağlamlığının qeydinə qaldığına Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

AzərTac.az