Stokholmda 28 May – Respublika Gününə həsr olunmuş ziyafət təşkil edilmişdir
Azərbaycanın İsveçdəki səfirliyi 28 May – Respublika Gününə həsr olunmuş ziyafət təşkil etmişdir.
Ziyafətdə İsveçin dövlət və hökumət rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri, ziyalılar, KİV təmsilçiləri, bu ölkədə yaşayan həmyerlilərimiz iştirak etmişlər.
Tədbirin bədii hissəsində gənc xanəndələrimiz Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa etmişlər. Milli musiqilərimiz tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Ziyafətdə iştirak edən İsveç parlamentinin spikeri Per Vesterberq AzərTAc-ın müxbirinə müsahibəsində demişdir ki, ölkələrimiz arasında tarixi əlaqələr vardır. Bu əlaqələr müxtəlif sahələri əhatə edir. O, Nobel qardaşlarının iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin qurulmasında rolunu xüsusi qeyd etmişdir. Spiker İsveç-Azərbaycan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
AzərTac.az